Ölkə

Aeroport yolunda qəza: ana və 6 aylıq qızı qəzada yaralandılar

9 Avqust 2019 12:42
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aeroport yolunda - "Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.

Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.