Ölkə

Qurban ətləri pulsuz müayinə olunacaq - FOTO

9 Avqust 2019 13:10
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri - Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək: "Daimi kəsim məntəqələri və çadrtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.