Ölkə

Kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri ucuzlaşıb

29 İyul 2019 18:17
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3 faiz ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb.

Bundan başqa, ötən ay balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri də ucuzlaşıb - 0,8 faiz. Qeyd edək ki, hesabat dövründə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.