Ölkə

Daha 5 rayonda qaz olmayacaq - YENİLƏNİB

26 İyul 2019 12:26
0 Şərh     Baxış: 2 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:26

Daha 5 rayonda qaz olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 13.00-dan 18.00-dək Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq.

----------
10:44

İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.