Ölkə

AMEA-nın xaricə ixrac etdiyi mallar gömrük nəzarətindən daha rahatlıqla keçəcək

24 İyul 2019 12:16
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Milli.Az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Yüksək Texnologiyalar Parkına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ Dövlət Gömrük Komitəsinin sərəncamı ilə ixrac əməliyyatları üzrə verilib.

Bu qərar Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın 2.3-cü bəndinə əsasən verilib.

Qeyd edək ki, "Yaşıl dəhliz" buraxılış sistemi daha sürətli sərhəd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarətinin həyata keçirilməsinə xidmət edir. Bu sistemin üstünlüyü ondadır ki, idxal olunan mallar şəxsin anbarına birbaşa aparılır və gömrüyə gəlmədən mallar boşaldılır, malların ixracı gömrüyə gəlmədən birbaşa öz anbarından həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.