Ölkə

Bakı-Moskva reysi uçuşa hazırdır - YENİLƏNİB

24 İyul 2019 12:37
0 Şərh     Baxış: 1 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:37

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə aşkar edilmiş texniki problem artıq aradan qaldırılıb və həmin reys yaxın dəqiqələrdə başqa təyyarə ilə həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Qeyd edək ki, səhər saatlarında uçmalı olan təyyarə ilə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu Tulanın "Arsenal" klubu ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya uçmalı idi.

---------
10:48

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu "Arsenal" ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır.

Milli.Az xəbər verir ki, AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda problemin həlli yolunda işlər görülür: 

"Təyyarənin plana əsasən, saat 11:00-da uçuş edəcəyi gözlənilir".

Qeyd edək ki,  "Neftçi" Moskvadan Tulaya avtobusla gedəcək.

Xatırladaq ki, klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın "Arsenal" stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.