Ölkə

Baş nazirin müavini: "Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur"

22 İyul 2019 13:02
Baxış: 332

Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur:

"Bu gün sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib. Bu informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyyət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitə ilə yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətdə çaşqınlıq, narahatlıq yarada bilər".

Əli Əhmədov əmin olduğunu bildirib ki, zaman keçdikcə bu problem də aradan qalxacaq:

"Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.