Ölkə

Bakıda qırmızıdan keçən "Prado" qəza törətdi - VİDEO

19 İyul 2019 16:11
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Svetoforun qırmızı işığında keçməyin nə dərəcədə təhlükəli bir xəta olduğunu çoxları başa düşür. Amma buna məsuliyyətsiz yanaşanlar da var. Təəssüf ki, bəzi sürücülər son anda da olsa qırmızıdan keçmə istəyində olurlar. Bununla da ağır qəzalar baş verir.
 
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtda baş vermiş daha bir qəzanın səbəbi də bu qəbildəndir. "Toyota Prado" markalı avtomobil svetoforun qırmızı işığında yolayrıcını keçməyə çalışır. Bu zaman sağ tərəfdən öz yolu ilə gələn digər nəqliyyat vasitəsinə çırpılır. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyir, sürücülər xəsarət alır.
 
Təhlükəsizlik kamerasına düşən həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.