Ölkə

Dənizdə batmaq təhlükəsi olan 2 nəfər xilas edildi - FOTO

19 İyul 2019 15:16
1 Şərh     Baxış: 415

Xəzər dənizində batmaq təhlükəsi olan 2 nəfər xilas edilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Milli.Az-a verilən məlumata görə, Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan "VE-396" bort nömrəli "Yamaha - 48" tipli qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin "Tufan" tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Əsranur · 19 İyul 15:5610

    Mən bir şeyi anlamıram:Üzə bilməyən niyə Sədərəkə gedib,üfləmə kapron baseynlərdən birini alıb,gözünün qurdunu öldürmür??Ay müsəlman,üzə bilmirsənsə,suyun dizdən olan yerində oturursan ,şellənirsən.Nə deyib suya atdanırsınız???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.