Ölkə

Qəzada xəsarət almış Gədəbəy sakini evdə öldü

19 İyul 2019 14:54
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəy rayon sakini Nəriman Quliyev yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi "VAZ-2121" və S.Babayevin idarə etdiyi "Honda" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.