Ölkə

Bakıda "VAZ" yük avtomobilinə çırpıldı: 1 nəfər öldü

19 İyul 2019 10:48
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən axşam saat 19 radələrində qeydə alınıb.

Ələt istiqamətində hərəkətdə olan "VAZ" markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Ağır qəza səbəbindən minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlardan biri elə hadisə yerindəcə dünyasını dəyişib, digəri 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O, hazırda reanimasiya şöbəsində müalicə alır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən yerdə yol kənarında mağaza olduğundan bütün sürücülər orada dayanaraq yolüstü alış-veriş edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.