Ölkə

Bakıda taksi sürücüsü kondisionerə görə əlavə pul istədi

19 İyul 2019 10:21
6 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu sosial şəbəkədə paylaşıb.

O bildirib ki, xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyim yol haqqı barədə onları məlumatlandırdım.

"Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, Hyunday markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim. Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi. Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondisioner işləyərkən mühərrik daha çox benzin "yeyir". Sürücüyə xarici qonaqların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. Mümkün deyil, dedi. Bununla Azərbaycanı hörmətdən salırsan fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razilaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonaqlar görməsin, yoxsa biabır olarıq.

Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır.

Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.