Ölkə

Gələn ildən Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə subsidiyalar veriləcək

18 İyul 2019 15:29
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında " Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Şəkiyə infoturu çərçivəsində bir qrup jurnalist Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM ) olublar. Jurnalistlərə Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti barədə məlumatlar verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM ) sədri Mehman Yusifov bildirib ki, Şəki üzrə 10 mindən çox fermer Elektron Kənd Təsərrüfatı Sistemində (EKTS) qeydiyyatdan keçib: "Hər bir fermer üçün ayrıca fermer kabineti açılıb. Bununla yanaşı, hər ay əkinçilik, heyvandarlıq və digər sahələrdə təlimlər aparılır, fermerlərin maarifləndirilməsi həyata keçirilir".

Xatırladaq ki, növbəti ildən Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə subsidiyalar veriləcək.

EKTS-də qeydiyyatdan keçən fermerlərin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar elektron kabinetə əks olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.