Ölkə

13 alim AMEA-nın professoru seçildi

17 İyul 2019 18:59
Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında "AMEA-nın professoru" adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı müvafiq elmi bölmələrin vəsatətinə əsasən gizli səsvermə keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.

"AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb.

Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.