Ölkə

Ölkəyə qanunsuz yolla siqaret və spirtli içki keçirilməsinin qarşısı alındı - FOTO

17 İyul 2019 16:29
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 4000 ədəd müxtəlif markalı siqaretlərin və 19 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ 21013", "VAZ 21063" və Gürcüstan vətəndaşının idarə etdiyi "Mercedes Benz markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Pirveli", 2000 ədəd "King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 13 ədəd "Nemiroff" və 6 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.