Ölkə

Oğurladığı meyvələri ucuz qiymətə satırmış - Tutuldu

17 İyul 2019 14:14
0 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümü meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.