Ölkə

Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

17 İyul 2019 10:49
2 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, 2019-cu il iyun ayının 1-də ölkə əhalisinin sayı 10 013 133 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləridir.

Ölkədə əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 31 676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.