Ölkə

Bugünkü hərrac: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib

16 İyul 2019 20:44
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirilib. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87.4 kv.m olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirilib.

Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak edib. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da, sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirib.

Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçib. İlkin hərrac qiyməti 3 min manat olan "Nissan Maxima" markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi olub.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilib, 270-ə yaxın dövlət əmlakı özəlləşdirilib. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilib, 4 dövlət əmlakının hərracında sifarişçilər "Elektron hərrac" proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.

Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.