Ölkə

“Etibarnamə ləğv edilsin!” - Yeni Təklif - VİDEO - FOTO

15 İyul 2019 15:44
6 Şərh     Baxış: 10 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin var, amma etibarnamə verməsən, demirəm dost-tanış, heç öz ailə üzvlərin onu idarə edə bilməz. Bu isə bir çox hallarda narazılıqla qarşılanır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev sözügedən mövzu ilə bağlı Milli Məclisdə təklif irəli sürüb. 

Qüdrət Həsənquliyev - Millət vəkili: "Əgər şəxs müraciət etmirsə mənim avtomobilim oğurlanıb, o halda qoy versin qohumuna, dostuna, bunun notarial qaydada təsdiq olunması, belə etibarnamənin verilməsinin əhəmiyyəti nədir? Son vaxtlar ümumiyyətlə islahatlar aparılır, bütün sahələrdə, yəni bu sahədə də vətandaşlarımızı incitməməliyik, əlavə onlardan o etibarnamə üçün pul tələb etməməliyik".

Sakin: "Etibarnamə nəyə lazımdır? Olmasa daha yaxşı olar".

Sakin: "Belə götürəndə büdcəyə ziyandır. Etibar edirsə, bu maşını verirəmsə, maşının içində texpasportu ondadırsa, etibarnaməyə ehtiyac yoxdur".

Sakin: "Yox düzgün deyil, etibar eləməlisən, elə oğul var heç atası ona etibar eləmir".

Ərşad Hüseyinov - Nəqliyyat eksperti: "Avtomobillərdə etibarnamənin məcburiliyi məsələsini yığışdırmaq lazımıdr. Dünyanın inkişaf etmiş ölkələrində etibarnamə deyilən şey yoxdur. Götürək Rusiya, Gürcüstan... Hər kəs öz avtomobilini başqa adama verə bilər. Sürücülük hüququ olsun, sərxoş olmasın. Bu zaman yalnız qeydiyyat vərəqəsi olsun, özüm vermişəm sənə, mənimdi vermişəm sənə. Düşünürəm ki, Azərbaycanda da buna keçməyin vaxtıdır".

Ekspert deyir ki, beynəlxalq təcrübədə uzun illərdir ləğv olunan, bəzi ölkələrdə isə ümumiyyətlə tətbiq edilməyən bu sənədin ləğvi pis heç nə vəd etmir.

Hazırkı qaydalara əsasən başqasının avtomobilini etibarnamə olmadan idarə edən şəxs 40 manat cərimə edilir. Bəzi hallarda isə bu, ümumiyyətlə avtomobil qaçırma kimi qəbul edilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.