Ölkə

Laləzar Məmmədlinin 1 oğlu tapıldı, digərindən xəbər yoxdur

15 İyul 2019 13:44
0 Şərh     Baxış: 4 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsavatçı xanımın oğlu itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. 

Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır. Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. 

***

"Müsavat"çı Mustafa Hacıbəylinin sosial şəbəkədə yaydığı məlumata görə, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olubar: 

"Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar".

Mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.