Ölkə

Xəstəxanada ölən 55-60 yaşlı kişinin yaxınları axtarılır - FOTO

13 İyul 2019 14:49
0 Şərh     Baxış: 1 485

İyunun 30-da Səbail rayonu ərazisindən yıxılaraq kəllə-beyin travması almış 55-60 yaşlı kişinin xəstəxanaya gətirilməsi barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, huşsuz vəziyyətdə olduğundan həmin şəxsin dindirilməsi mümkün olmayıb. İyulun 11-də isə o, vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02; (012) 437-02-02 şəhər və (050) 636-60-60; (055) 285-40-04 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.