Ölkə

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

13 İyul 2019 12:59
0 Şərh     Baxış: 380

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.