Ölkə

Bakı metrosunda təşvişə düşən sərnişinlər vaqonu tərk etdilər

13 İyul 2019 16:12
0 Şərh     Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 10 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında  tunelə daxil olan qatarda vaqonların birində həyəcanlı anlar yaşanıb. 

Milli.Az bildirir ki, qapılar açılar-açılmaz vaqondan hövlnak düşən sərnişinin hadisə yerində olan Sputnik Azərbaycan-ın əməkdaşına verdiyi məlumata görə, onunla üzbəüz olan oturacaqdan qəribə səs gəlib. 

Məsələyə aydınlıq gətirmək, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyərək son vəziyyəti açıqladı: "09:47-də metronun "Elmlər Akademiyası" stansiyasında belə bir hadisə baş verib. Qatarın havalandırma sisteminin səsində xışıltı olub. Həmin səs bir neçə nəfərdə qorxu yaradıb".

"Lakin mənə bildirilib ki, hazırda həmin qatarın hərəkətində hansısa problem, texniki nasazlıq yoxdur. Həmin qatar xətdədir", - deyə mətbuat katibi əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.