Ölkə

Bakıdakı külək 15 ağacı aşırdı - Ehtiyatlı olun

13 İyul 2019 12:04
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda gecə davam edən güclü külək 15-ə yaxın ağacı aşırıb. 

Milli.Az xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlamasında bildirib ki, bu hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Təxminən 6-7 ağac kökündən sınaraq aşıb. Bir ağac avtomobilin üzərinə düşüb. Maşına ciddi ziyan dəyməyib.

Aşan ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.