Ölkə

Gədəbəy avtobusunda "canlı konsert" - Hər an onlarla insan ölə bilər - VİDEO

12 İyul 2019 20:19
0 Şərh     Baxış: 1 989

Avtobus qəzalarının gündəmdə olduğu bir vaxtda Bakı-Gədəbəy marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərə "canlı konsert" təqdim edilir.

Milli.Az xəbər verir ki, ölkə.az-a göndərilən videodan göründüyü kimi, sürücünün böyründə əyləşən iki nəfər "İrəvanda xal qalmadı" mahnısını çalıb oxuyurlar. Aydın məsələdir ki, bu, sürücünün diqqətini hər an yayındıra bilər. 

Xatırladaq ki, Masallıda səkkiz nəfərin ölümü ilə nəticələnən ağır qəzadan sonra sürücü bildirmişdi ki, sərnişinlərdən biri ondan balınc (yastıq) istədiyi üçün diqqəti yayınmışdı. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.