Ölkə

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün səbəbi bilindi

12 İyul 2019 10:22
4 Şərh     Baxış: 6 204

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

Bizimyol.info xəbər verir ki, Hasan Aliyev imzalı sosial şəbəkə istifadəcisi öz facebook hesabında hadisə ilə bağlı yazı paylaşıb. Mərhumun qonşusu və yaxın dostu olduğunu bildirən H.Aliyev həkimlərin laqeydliklərindən şikayətlənib. 

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Aze_Boy · 12 İyul 10:29182

    Evvela allah Rehmet elesin.Bilirsinizmi bunlar neden olur.Allah boyukdur.Inaninki bu oglanin atasi ne qeder gunahsiz insan serleyib qanunsuz qerarlar verib, Rusvetle mesgul olub.Allahin qezebi bele sert agir olur bezen.

    Cavab yaz
  • Anonim
    · 12 İyul 11:5472

    Azərbaycan polisi,qanun pozuntusuna yol vermə,vətəndaşın bədduasın qazanma.

    Cavab yaz
  • Anonim
    XXX · 12 İyul 11:57110

    Allah rehmet elesin! Anasina sebr versin!

    Cavab yaz
    • Anonim
      Maxmud · 12 İyul 16:1300

      Allah rehmet elesin.chavan gwtdi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.