Ölkə

Masallıdakı dəhşətli qəza ilə bağlı yeni faktlar - Qəzada ölən gəncin anası intihar etdi - VİDEO

12 İyul 2019 10:34
6 Şərh     Baxış: 6 190

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.

Milli.Az xəbər verir ki, Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin - ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.

Əvvəlcə məlum olub ki, bu qəza nəticəsində, əslində, səkkiz deyil, doqquz nəfər ölüb. Belə ki, ailə yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub. 

Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa "99 LH 458" nömrəli "Mercedes" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.

Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.

Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    M-i · 12 İyul 10:44100

    Man bir masalani başa duşmuram eşidiblar ki bu adam maşini suratli surur niya onun maşinina otururlar ikincisidaki gorublarki oz ailasi maşini tark edir onlarda darhal tark edib surucunun cavabini vermali idilar aksina hayatlarini riska atdilar.İndi o zamanlar deyilki maşin catin tapilsin addim başı masindir tanidiglari surucuda ki ,bela

    Cavab yaz
  • Anonim
    Zəhra · 12 İyul 10:45100

    Təəssüf:(((. Allah ölənlərə rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    t.s · 12 İyul 10:5280

    allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    M-i · 12 İyul 10:5350

    Man bazan tagsiri biz sarnişinlarda goruram Allah hamisina rahmat etsin heyf cavanlardan

    Cavab yaz
  • Anonim
    Oxucu1 · 12 İyul 10:5370

    Allah sebir versin. Cox agir, dozulmez dertdi. Bir wey mene catmir, nece olur ki surucunun oz yaxinlari onun idare etdiyi mawindan duwurler, amma diger serniwinler surucunun bu hereketine laqeyd qalirlar. Biz her gun demek olarki yollardayiq, marwurutlardan istifade edirik. Men wexsen avtobusdan duwende wukur edirem ki sag salamat catdim. Suruculerin ekseriyyeti cox pis mawin sururler. Amma bir defede gormedimki bir kiwi xeylagi sesini cixartsin. Yene de herden qadinlar irad bildirirler. Bizler sesimizi cixartmadiqca yol qezalari cox canlar alib, cox aileleri gozu yawli qoyacaq.

    Cavab yaz
  • Anonim
    F044 · 12 İyul 11:4140

    FOTO ADAMİN ÜRƏYİN AĞRADİR (( ATA VƏ İKİ GÖZƏL ÖVLADI (((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.