Ölkə

Azərbaycanda nehrə yağı adı altında satılan yağlar əsl nehrə yağı deyil - RƏSMİ

9 İyul 2019 13:27
7 Şərh     Baxış: 3 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüflə qeyd edirəm ki, Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satılan yağlar əsl nehrə yağı deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyn sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədrinin sözlərinə görə, transyağlarının nehrə yağı adı altında satılması cinayət faktıdır: "Cənub bölgəsində aşkarlanmış 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan həmin məhsulların ekspertiza nəticəsi məlum olub. Onların tərkibində müxtəlif tərkibli insan orqanizminə zərərli olan yağ nümunələri aşkarlanıb. Təəssüflə qeyd edib ki, tərkibində trans yağ aşkarlanan 12 adda yağın 80 faizindən çoxu ölkəyə idxal olunub".

Q.Təhməzli əlavə edib ki, yağların tərkibində transyağların miqdarı 2 faizdən çox olduqda onun idxalı qadağan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.