Ölkə

Evində ölü tapılan yazarın ÜRƏK AĞRIDAN STATUSU: Əsl möcüzədi - FOTO

8 İyul 2019 14:56
4 Şərh     Baxış: 26 558

Üç gün öncə evində ölü halda aşkar edilən gənc yazar Mahmud Ağakişiyev sosial şəbəkə hesabından yazdığı statuslarla geniş oxucu kütləsi toplamağı bacarmışdı.

Milli.Az xəbər verir ki, iki övlad atası olan "İkinci Mahmud" kimi tanınan yazıçının yazıları arasında qızı ilə bağlı etdiyi paylaşım xüsusi ilə diqqəti çəkir.

Bu da həmin təsirli yazı:

"Mən qız atasıyam. Nə gözəl duyğudu bu! 
Özündə səndən bir parçanı daşıyan canlı varlığın gözünün qabağındaca böyüməsinə, dünya ilə tanışlıq prosesinə şahid olmaq... Bu ki, əsl möcüzədi!
Bəzən nağıl danışıram qızıma. Bəzən o mənə nağıl danışır... Uydurur nağılları... 
Canavar Qırmızıpapağı yeyir. Sonra Mahmud gəlir xilas edir Qırmızıpapağı... Mən onun nağıllarının qəhrəmanına çevirilirəm. 
Mən onun nağıllarında divlərə qalib gəlirəm...
Mən onun nağıllarında uça bilirəm... 
Mən onun nağıllarında dünyada ən güclü kişiyəm... 
Mən onun qəhrəmanıyam.
Bu ki, əsl möcüzədi!"

Qeyd edək ki, Mahmud yaşadığı evdə ürəktutmasından vəfat edib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Namiq · 8 İyul 14:59160

    Allah rehmet elesin.el bizim sirr bizim verilisinde tez tez qonaq olurdu.

    Cavab yaz
  • Anonim
    Yağmur -S · 8 İyul 15:41140

    Allah rehmet etsin. Būtūn qızların qəhramanı atalarıdı.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 8 İyul 19:1570

      ALLAH RƏHMƏT ELƏSİN OXUYUB TƏSİRLƏNDİM

      Cavab yaz
  • Anonim
    dagli qizi · 9 İyul 08:0060

    Allah rehmet elesin! Uwaqlarini korpe qoydu....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.