Ölkə

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başlayıb - Nazirlik

2 İyul 2019 19:08
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrə müraciət edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, xarici ölkələrdə və Azərbaycan Respublikasında ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə Azərbaycan Respublikasında digər təhsil müəssisəsinə köçürülməsi, bərpa olunması məsələləri ilə bağlı müraciətlər, 12.07.2019-cu il tarixinə kimi Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.