Ölkə

Bu çimərliklərdə ehtiyatlı olun - Ən çox boğulma halları burada baş verir - RƏSMİ

1 İyul 2019 19:57
0 Şərh     Baxış: 6 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır.  Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər,  ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.

Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb. 

Milli.Az bildirir ki, FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

"Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib". 

Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

"Yaxşı olardı ki, nəzarətsiz  çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki  xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.