Ölkə

Qəzada ölən dünya çempionunun sevgilisi ürəkləri dağladı - FOTO

1 İyul 2019 13:29
11 Şərh     Baxış: 40 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün dünyasını dəyişən 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb.

"Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".

Qeyd edək ki, F.Poladov dünən "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.