Ölkə

Bu qurumlar maşınlarını satır - Qiymət

29 İyun 2019 16:48
0 Şərh     Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.

Milli.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.

Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş prokurorluğa məxsusdur.

Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinə məxsusdur. Nazirliyin satışa çıxardığı "Nissan Maksima" markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.

İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı ("Nissan Maksima") nəqliyyat vasitəsidir - ilkin satış qiyməti 7000 manatdır.

Hərraca ən ucuz avtomobili Ədliyyə Nazirliyi çıxarıb. Belə ki, nazirliyin təqdim etdiyi "Qaz-31105-120" markalı nəqliyyat vasitəsi 3000 manata satılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.