Ölkə

Agentlik: Turizm şirkətləri kateqoriyalara bölünəcək

27 İyun 2019 13:01
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, reyestrə daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara bölünəcək. Daha üstün keyfiyyətlərə malik olan turizm şirkətləri daha üstün kateqoriyalar alacaqlar.

Onun sözlərinə görə, reyestrin yaradılması turizm sənayesinin inkişafı üçün tətbiq olunan mexanizmlərdən biridir.

Heç bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq niyyətində olmadıqlarını deyən K.Qasımov əlavə edib ki, ölkədə turizm şirkətlərinin, turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi, onların göstərdiyi xidmət keyfiyyətinin artırılması çox vacibdir:

"Turist şirkətlərinin göstərəcəyi xidmət turistlərin məmnunluğu baxımından önəmlidir. Bazarda kifayət qədər turizm şirkətləri, sənaye üzvləri var ki, onların fəaliyyətinin nəzarət altına alınması, keyfiyyət qiymətləndirilməsinə ehtiyac var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.