Ölkə

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

27 İyun 2019 12:29
0 Şərh     Baxış: 851

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: "Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur, ancaq regionlarda bu, var".

K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Otellər Assosiasiyasının üzvü olduğu üçün hotellər həmin qurumun standartlarına uyğun şəkildə ulduz alacaq.

Agentlik rəsmisi qeyd edib ki, ulduzlar verilən hotellərdə açıq və gizli monitorinq aparılacaq: "Açıq monitorinq birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinq isə Avropa və Azərbaycanın Hotel assosiasiyalarının mütəxəssisləri burada gizli olaraq qonaq kimi qalacaqlar, sonradan isə monitorinqin nəticələrini təqdim edəcəklər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.