Ölkə

Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ - Ərizə qəbulu...

27 İyun 2019 11:44
1 Şərh     Baxış: 2 162

Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dan avqustun 5‑dək "ekabinet.dim.gov.az" internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. İxtisas seçimi 24 iyul-5 avqust tarixlərində aparılacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Şagird · 27 İyun 11:5130

    Allah özü rəhm eləsin girə bilək. Bunu oxuyanlar dua eləsin bizə Allaha xatir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.