Ölkə

Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb

27 İyun 2019 09:24
1 Şərh     Baxış: 2 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1100-dən yuxarı insan müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, Həcc ziyarətinə müraciət edənlər arasında az sayda təkrar getmək istəyənlər də var.

Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir. Hazırda sənədlərin qəbulu prosesi davam edir. Sənəd qəbulu kvota dolana qədər davam edəcək.

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Ötən il bu kvota 1440 nəfərlik idi.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.