Ölkə

Avaralar, dilənçilər və qaydanı pozanlar cərimələndi - Bakıda reyd - VİDEO - FOTO

26 İyun 2019 13:29
1 Şərh     Baxış: 3 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai əsayişin qorunması üçün Daxili İşlər Nazirliyi paytaxtda xüsusi tədbir keçirib.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı reyddən çəkilən görüntüləri təqdim edib.

Əvvəlcə qanunsuz ət kəsimi ilə bağlı Binəqədi rayon polis idarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi birgə tədbir keçirdi. Maarifləndirici və profilaktiki işlər zamanı qaydalara əməl etməyən sallaqxana sahiblərinə xəbərdarlıq edildi.

Reydlər piyadalardan da yan keçmədi. Yolu nizamsız və təhlükəli yerdən keçən vətəndaşlarda da polislər tərəfindən məlumatlandırıldı.

9-cu mikrorayon ərazisində isə, yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatı satan kiösk də polislərin diqqətindən yayınmadı. Əməlinə haqq qazandırmağa çalışın satıcı bərəsində hüquqi ölçü götürüldü.

Bunlarla yanaşı binaların görünüşünə təsir edən zivələrın də kəsintisi həyata keçirdi.

Gecəyə doğru isə, avaraçılıq və dilənçiliklə məşğul olan şəxslərin müəyyən edilməsi ilə bağlı xüsus tədbir keçirildi. Binəqədi polisinin müəyyən etdiyi ünvanlara baxış keçirildi.

Bu kimi tədbirlərin mütəmadi və geniş miqyasda keçirilməsi davam etdiriləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.