Ölkə

Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA

26 İyun 2019 14:14
3 Şərh     Baxış: 3 118

İyunun 25-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, "Maşın bazarı" adlanan ərazidə satılan dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, qeyd olunan ərazidə vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus dönər satışı məntəqəsindən dönər alıb qidalanan 12 nəfər şəxsdə bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və zəhərlənmənin konkret səbəblərini müəyyənləşdirmək üçün nümunələr aidiyyəti üzrə laboratoriyaya göndərilib.

İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olub.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi isə Klinik Tibbi Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    . · 26 İyun 17:1710

    It eti.

    Cavab yaz
  • Anonim
    Əli · 27 İyun 09:1100

    Rəyləri nə üçün vermirsiz?

    Cavab yaz
  • Anonim
    Rony · 27 İyun 10:4810

    Mən bu dırnaqarası dönər butkasını görmüşəm. Ora donuzu bağlasan dayanmaz, heç donuz da ordan nəsə yeməz. Mən bu butkadan nəsə alıb yeyən insanları anlamıram. Orda supermarket var. Dönərə verdiyiniz pulu gedib o supermarketdən bir dənə bulka alıb yesəz daha yaxşı olar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.