Ölkə

Gürcüstan rusiyalı turistlərin Azərbaycan ərazisindən daşınmasını təklif edir

25 İyun 2019 20:21
0 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Hotellər Assosiasiyası bu ölkəyə gələn turistlərin Azərbaycan ərazisi ilə pulsuz daşınmasını təklif edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Assosiasiya rəhbəri Şalva Alaverdaşvili Bakı, Yerevan, eləcə də Trabzon hava limanlarından Gürcüstana ödənişsiz avtobusların işə salınması təklifini irəli sürüb.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstana uçuşları dayandırmasından sonra Gürcüstanın itkiləri 750 milyon dollar təşkil edə bilər.

Bundan başqa, ölkəyə çarter reysləri təşkil edilə bilər. Ukrayna və Qazaxıstan bu cür reysləri keçirməyə hazır olduqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.