Ölkə

Azərbaycanda universitetdə hava çatışmazlığı - Tələbə qızlar xəstəxanalıq oldu

24 İyun 2019 20:24
2 Şərh     Baxış: 3 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran Dövlət Universitetində yeddi tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin qiyabi təhsil alan tələbələri - 21 yaşlı  Şabran sakini Ədilə Samir qızı Cəlilova, onun həmyaşıdı Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə, 20 yaşlı İmişli sakini Qumral Cahangir qızı Əzizzadə, 20 yaşlı Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova, 19 yaşlı Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə və 21 yaşlı Yardımlı sakini Ulduz Elçin qızı Kərimli təcili tibbi yardım və müəllimlərin maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Bakı sakini 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən biri Reanimasiya Şöbəsinə yerləşdirilib. Digərlərinin isə vəziyyəti normaldır.

Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.