Ölkə

"Megafun"dakı partlayışda müğənni və qızı möcüzə sayəsində sağ qaldı - FOTO

23 İyun 2019 09:09
4 Şərh     Baxış: 10 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Megafun" əyləncə mərkəzində hadisə baş verib.

Əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb.

Baş verən partlayış nəticəsində xəsarət alanlar sırasında müğənni Ayan Babakişiyevanın qızı və anası da olub.

Milli.Az-ın xəbərinə görə, bu barədə müğənni özü məlumat verib. Ayan möcüzə sayəsində sağ qaldıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, əyləncə mərkəzində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Hadisə nəticəsində 6 nəfər yüngül bədən xəsarətləri alıb, onlardan 2-si uşaqdır.

Faktla bağlı araşdırma davam etdirilir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.