Ölkə

“Xərclədiyim pullar öz qazancımdır”

20 İyun 2019 18:00
7 Şərh     Baxış: 4 262

Münasibətlərdə düz olmasam da, ədalətli insanam. Bunlar başqa anlayışlardır. Elə şeylər var ki, onları özümə bağışlamıram. Hesab edirəm ki, bu, tənbəlliyimdən irəli gəlir. Bu, uşaqlarıma qarşı da belədir. Onların da tənbəlliyini əfv etmirəm.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Ağ və qara" verilişində Xalq artisti Murad Dadaşov deyib.

Sənətçi biznesindən və işdəki uğurlarından söz açıb:

"İşdə uğursuzluq baş verəndə çalışıram nəticə çıxarım ki, bir də baş verməsin. Hər bir uğursuzluq yaradıcı insanın qəlbində çat deməkdir. Çatların sayı çox olanda, bu, sınmaq anlamına gəlir. Uğurlu insan olmaq üçün mütləq ki, uğursuzluğun dibini dadmalısan. Sadəcə düzgün nəticə çıxarmaq lazımdır.

Xoşbəxt insanam ki, peşəm kiminsə haqqını yeməklə, ədalətsiz addımlarla bağlı deyil. İşlədiyim sahə elədir ki, rəqabətdə istedadı olan insanlar qalib gəlir. Babamın, dayımın tapşırdığı iş deyil. Bu işdə nə qədər uğurlu olsan da, övladlarının uğurlu olmağını təmin edə bilmərsən. Xərclədiyim pullar öz qazancımdır. Ölkənin ilk və nadir şou-biznes sahibkarlarındanam. İnsanlara nümunəyəm. Şirkətimizlə yalnız bu sahə ilə məşğuluq. Fikirlərim kiminsə zövqünü oxşamaya bilər. Ancaq tənqidlər olanda maraqlanıram ki, nəyə görə bu insan mənə əks fikirdədir. Məntiqsiz, arqumentsiz fikirlər olanda məndə münasibətsiz rəy formalaşdırır, onlara önəm vermirəm. Deyirəm ki, dostlar kimsə tənqid edəndə bunu əsaslandırsın. Son zamanlar çərçivələr silinib və ünsiyyət körpüləri o qədər genişlənib ki, istədiyiniz insan haqda bildiyiniz və bilmədiyiniz fikirlər söyləyə bilərsiniz. O, insan doğrunu deyənədək hər kəs yalana inanır".

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    !!!! · 20 İyun 18:0534

    Aylıq qazancını da yazsaydı maraqlı olardı

    Cavab yaz
  • Anonim
    Konul · 20 İyun 18:0553

    Sizden zehlem gedir Huseyin Deryaya qarshi olan edaletsizliyinizden sora(teshkil olunan konsertin pulunun menimsenilmesi)Allah bele sheyi goturmez.

    Cavab yaz
  • Anonim
    El qizi · 20 İyun 19:2313

    Amma konul xanim allah goturdu

    Cavab yaz
    • Anonim
      El Qizina Konulden · 21 İyun 00:2722

      Geci tezi var Xanim.Ovladlarinin qabagina cixacaq 3 oglu var

      Cavab yaz
  • Anonim
    Elxan · 20 İyun 21:0313

    Səndə istedad yoxdur,sadəcə "harda aş,orda baş".

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 İyun 23:0144

    Bes öz qazancuvu xerclemelisən dəəə dədəmin qazancin xerclemelisennnn??? A aaaa Hammi öz qazancin xercleyir deeeee biyyyy Kimse gedib qonsunsunun qazandiqin xerclemir kiiiii:))

    Cavab yaz
  • Anonim
    " · 21 İyun 12:0600

    Bacarıqlı,tərbiyəli,mədəni insandı,baxmayaraq ki,şou sahəsini qətiyyən bəyənmirəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.