Ölkə

"Olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq" - Nazir

19 İyun 2019 15:53
Baxış: 835

Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiada qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən zaman deyib.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan C.Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.