Ölkə

"Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi" - Nazir

18 İyun 2019 11:27
3 Şərh     Baxış: 2 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müdafiə naziri Zakir Həsənov Gəncədə "Seyfəli" poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bildirib: ""Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.