Ölkə

Müdafiə naziri: "Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki..."

18 İyun 2019 11:18
Baxış: 5 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: "Müharibəni hərbiçilər başlamır, icra edir. Hələ ki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır".

Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur:

"Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, "biz 80-ci illərin silahı ilə döyüşürdük". Bəs necə oldu, siz deyirdiniz "bizim güclü ordumuz var?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.