Ölkə

Zakir Həsənov: "Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik"

18 İyun 2019 10:39
Baxış: 678

Fransa məhkəməsinin qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımaması böyük qələbədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: "Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Bizim torpaqlarımız işğal olunubsa, birləşməliyik.

Sosial şəbəkələrdə belə məsələləri yazanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik, hamımız bir olmalıyıq".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.