Ölkə

Tbilisi prospektində qəza: yol bağlandı

18 İyun 2019 10:05
0 Şərh     Baxış: 1 143

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Tbilisi prospektindən üzü şəhər istiqamətində qeydə alınıb.

Yük maşını və minik avtomobili arasında baş vermiş qəzada ciddi problem yaşanmasa da, yolda tıxac yaranıb. Səbəb isə qəzadan sonra hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitələrini yolun ortasında saxlaması olub.

Digər sürücülərin yolu açmaq tələbinə cavab olaraq qəza törədənlər sığorta mütəxəssisi hadisə yerinə gələnə qədər avtomobillərini burada saxlayacaqlarını deyiblər. Nəticədə isə Tbilisi prospektindən Moskva prospektinə qədər olan yolda uzun tıxac yaranıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.