Ölkə

Eldar Sabiroğlu oğlundan imtina etdi - Məktub

17 İyun 2019 13:58
Baxış: 3 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə E.Sabiroğlu oğluna məktub yazıb. O, Rüfətə artıq atası olmadığını, hətta cənazəsinə gəlməməyi vəsiyyət edib.

Məktubu Rüfət Səfərov "Facebook" səhifəsində paylaşıb.

Qeyd edək ki, Rüfət Səfərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.