Ölkə

İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü

17 İyun 2019 09:57
0 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda ikinci dəfə xəstəxanaya gətirilən şəxs dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Qax rayon Qaxbas sakini Anar Fazil oğlu Bayramov iyunun 15-də səhhəti ilə bağlı Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Elə həmin gün axşam saatlarında isə öz istəyilə xəstəxananı tərk edib. Ötən gecə axşam saatlarında A.Bayramov yenidən təcili tibbi yardım şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Xəstə xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.